
İran Avropa tərəfindən təhlükə hiss edərsə, öz raketlərinin uçuş məsafəsini artıra bilər.
“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun elit bölməsinin nümayəndəsi, briqada generalı Hüseyn Səlami deyib. O bildirib:
“Biz Avropa ölkələrinə məlumat verdik ki, texnologiya çatışmazlığı səbəbindən bu günə qədər raketlərimizin uçuş məsafəsini 2 min kilometr səviyyəsində saxlamamışıq və onu artırmamaşıq, çünki texnoloji baxımdan bununla bağlı məhdudiyyətlər yoxdur”.
H. Səlami qeyd edib ki, bəzi Avropa ölkələri İrandan yerli raket proqramı üzrə danışıqların aparılmasını tələb edir:
“Əgər avroplalıar raketlərimiz məsələsinə toxunmaq istəyirlərsə, biz raketlərin uçuş məsafəsinə məhdudiyyəti götürə bilərik”.
Tətbiqimizi yükləyə bilərsiniz