Türk futbolçu “Galaxy S8”-ə görə “Samsung”u məhkəməyə verdi

Türkiyənin “Qalatasaray” futbol klubunun kapitanı Səlcuq İnan S8 markasının patentinin özünə məxsus olduğuna görə Cənubi Koreyanın “Samsung” şirkətinə məhkəmə davası açıb.

“Yeniavaz.com”un “Habertürk” qəzetinə istinadən verdiyi məlumata görə, dava noyabrın 22-də açılıb. S. İnan “S8 markasını” Türkiyə Patent İnstitutunda reyestrdən keçirib. S8 S. İnanın adının baş hərfi və klubdakı forma nömrəsindən təşkil olunub.

“Real” Madridin hücumçusu Kriştiano Ronaldo da eyni formada CR7-yi öz adına patentləşdirib. S. İnanın “Samsung”un “Galaxy S8” smartfonu üçün şirkətə dava açacağı barədə daha əvvəl məlumat verilmişdi və onun şirkətə yazılı xəbərdarlıq göndərdiyi bildirilmişdi.

Türk futbolçu şirkətdən cavab almadığına görə vəkili vasitəsilə məhkəməyə müraciət edib. S. İnan “Samsung”dan 10 min lirə maddi, 100 min lirə isə mənəvi olmaqla 110 min lirə təzminat tələb edib.

DİGƏR XƏBƏRLƏR

Top