Suriyada öldürülən qadınların sayı açıqlandı

Suriyada vətəndaş müharibəsi dövründə 24 746 qadın həlak olub, onların əksəriyyəti Suriya ordusu tərəfindən öldürülüb.

“Yeniavaz.com”un “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, bu barədə Suriya İnsan Haqları Təşkilatının (SNHR) hesabatında deyilir. Təşkilat 2011-ci ilin martından 2017-ci ilin noyabrınadək olan statistikanı təqdim edib. SNHR-dən bildiriblər ki, ölən qadınlardan təxminən 11,5 mini uşaq və yeniyetmə olub.

SNHR-in hesabatına əsasən, qadın ölümlərinin 84,53 faizinə görə Bəşər Əsəd rejimi məsuliyyət daşıyır, belə ki, Suriya ordusunun hərbçiləri təxminən 21 min qadını öldürüblər. Hüquq müdafiəçiləri daha 889 qadın və qızın ölümündə rusiyalı hərbçiləri təqsirkar biliblər.

DİGƏR XƏBƏRLƏR

Top