
İngiltərənin “Norviç” klubunun azarkeşi Çempionşipin 19-cu turunda “Preston Nort End”ə qarşı oyunda ehtiyat hakimi əvəzləyib.
“Yeniavaz.com”un “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, matçın sonlarına doğru yan xətt hakimlərindən biri zədələnir və onun yerini dördüncü hakim tutur. Dördüncü hakimə isə əvəz tapılmayıb. Görüşün baş hakimi Tim Robinson futbolçuları meydançadan çıxarıb və oyunu dayandırmağa hazırlaşıb, lakin “Norviç”in azarkeşlərindən biri ehtiyat hakimi əvəzləməyi təklif edib.
Baş hakimin razılığı ilə fanat dördüncü refereninin yerini tutub. O, cins şalvarda və kurtkada 10 dəqiqədən bir az artıq müddət ərzində hakimin əvəzinə işləyib. Azarkeş bu müddət ərzində əvəzləməni elan edib və oyunun əlavə vaxtına 10 dəqiqə artırılmasını göstərib. Görüş isə 1:1 hesabı ilə yekunlaşıb.
VİDEO
Tətbiqimizi yükləyə bilərsiniz