
Zimbabvenin keçmiş Prezidenti Robert Muqabe və onun həyat yoldaşı Qreys hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra toxunulmazlıqdan başqa pul kompensasiyası alacaqlar.
“Yeniavaz.com”un “Vedomosti” qəzetinə istinadən verdiyi məlumata görə, dəqiq məbləğ göstərilmir, lakin qeyd edilir ki, söhbət azı 10 milyon dollardan gedir. Bildirilir ki, R.Muqabeyə dərhal azı 5 milyon dollar ödəyəcəklər və ölənə kimi isə ayda 150 min dollar həcmində məvacib verəcəklər. Keçmiş Prezidentin həyat yoldaşının alacağı məvacib göstərilmir.
Xatırladaq ki, 93 yaşlı siyasətçi ötən həftə vəzifəsindən istefa verib. O, 37 il ərzində ölkəyə başçılıq edib. Noyabrın 15-də hərbçilər Zimbabvedə hakimiyyəti ələ keçiriblər.
Tətbiqimizi yükləyə bilərsiniz