Avropa bankları Britaniyadan 350 milyard avro çıxarıb

Avropa bankları Böyük Britaniyadan 350 milyard avro məbləğində aktivlər çıxarıblar.

“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Avropa İttifaqının (Aİ) rəsmi statistikasında deyilir.

Aktivlərin çıxarılması 2016-cı ilin iyunundan 2017-ci ilin iyununadək olan dövrü əhatə edir.

Bu, Böyük Britaniyanın Aİ-dən çıxması üzrə keçirilən referenduma təsadüf edir.

Aİ-nin üzv ölkələrindən olan bankların Böyük Britaniyada yerləşdirdikləri aktivlər il ərzində 17 faiz azalaraq 1,94 trilyon avrodan 1,59 trilyon avroya düşüb.

Maliyyə öhdəliklərinin ümumi məbləği də 1,67 trilyon avrodan 1,34 trilyon avroya enib.

DİGƏR XƏBƏRLƏR

Top