
Rusiyanın 6 ədəd “Tu-22 M3” bombardmançı təyyarələri Suriyanın şimal-şərqində İŞİD terror təşkilatının obyektlərinə zərbələr endiriblər.
“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Müdafiə Nazirliyindən deyiblər. Bildirilir ki, təyyarələr Rusiya ərazisindəki aerodromdan havaya qalxaraq Suriyanın Əl-İşar yaşayış məntəqəsi ərazisində terrorçuların dayaq məntəqələrini və texnikasını məhv edib. Bütün təyin edilmiş hədəflər məhv edilib.
Tətbiqimizi yükləyə bilərsiniz