Makron: Ötən il Fransada 123 qadın ərləri tərəfindən öldürülüb

2016-cı ildə Fransada 123 qadın ərləri tərəfindən öldürülüb.

“Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Fransa Prezidenti Emmanuel Makron deyib. Onun sözlərinə görə, daha təqribən 225 min qadın fiziki və seksual zorakılığa məruz qalıb.

E. Makron qeyd edib ki, Fransa yaxın beş il ərzində qadınlara qarşı zorakılıqla mübarizə aparmaq üçün maksimum səy göstərəcək. Prezident əlavə edib ki, 2018-ci ildə gender bərabərliyinin qorunması üzrə proqramın reallaşdırılmasına 420 milyon avro ayrılacaq:

“Fransada zorakılıqla mübarizə üzrə plan üç əsas prinsipdən formalaşacaq: təhsil sahəsində mütəxəssislərin öyrədilməsi, zorakılıq qurbanlarına dəstək və bu təzahürlərlə mübarizə alətlərinin genişləndirilməsi. 2018-ci ildə bütün ölkə ərazisindəki məktəblərdə zorakılıqla mübarizəyə həsr olunmuş tədris kursu keçiriləcək”.

DİGƏR XƏBƏRLƏR

Top