Ərdoğan Soçidə Putinin stulu yerə düşürməsindən danışdı

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasını (CHP) Soçidə Suriya üzrə keçirilmiş sammitdə maraqlandıran yeganə məsələ stulun yerə düşürülməsi oldu.

“Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, CHP guya Rusiya Prezidenti Vladimir Putinin bununla dünyaya ismarıc göndərdiyini düşünür: “Sanki ana müxalifət partiyası deyil, komediya səhnəsidir. Göz hara baxarsa, könül ora baxır. Könül hara gedirsə, ayaq ora qaçar”.

R. T. Ərdoğan qeyd edib ki, Soçi sammitində çox kritik qərarlar qəbul edilib: “Bu qərarların müsbət təzahürlərini açıq şəkildə görməyə başlayacağıq”.

Xatırladaq ki, noyabrın 22-də Rusiya, Türkiyə və İran prezidentlərinin iştirakı ilə üçtərəfli Soçi sammiti keçirilib. Sammitin yekunları üzrə keçirilən mətbuat konfrası başa çatdıqdan sonra V. Putin yerindən qalxaraq R. T. Ərdoğanın yanına gələrək onun əlini sıxıb. R.T.Ərdoğan ayağa qalxarkən onun əyləşdiyi stulu arxaya çəkmək istəyən Rusiya lideri bilmədən stulu yerə düşürüb.

DİGƏR XƏBƏRLƏR

Top