Tanınmış türk müğənnisi Batumidəki yanğında ölümdən döndü

Gürcüstanın Batumi şəhərindəki otellərin birində 12 nəfərin ölümü ilə nəticələnən yanğın zamanı Türkiyənin tanınmış müğənnisi Çingiz Kurtoğlu ölümdən dönüb. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, oteldə qalanlar arasında bu axşam Batumidə konsert verəcək Ç. Kurtoğlu da olub. Otelin 4-cü mərtəbəsində müğənni ilə bərabər onun həyat yoldaşı Fadimə Kurtoğlu və 2 dostu da olub. Yanğınsöndürənlər onları son anda xilas ediblər. Xatırladaq ki, yanğın türkiyəli iş adamı Erol Avgörenə aid oteldə baş verib.

DİGƏR XƏBƏRLƏR

Top