Batumidə hoteldə güclü yanğın: 11 nəfər ölüb, 21 nəfər xəsarət alıb

Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) Batumidə “Leogrand” hotelində baş vermiş yanğın nəticəsində ölənlərin sayı barədə məlumat yayıb. Yanğında 11 nəfər ölüb, 21 nəfər xəsarət alıb. Hazırda onların identifikasiyası həyata keçirilir. Öncə DİN yanğın nəticəsində 12 nəfərin ölməsi barədə məlumat yaymışdı. Daxili işlər naziri Giorgi Qaxariya ölənlərin sayının artacağını istisna etməyib. O, ölənlər arasında xarici vətəndaşların da olduğunu deyib.Apa

DİGƏR XƏBƏRLƏR

Top