
Batuminin “Leoqrand” hotelində baş verən yanğında 10 Gürcüstan və 1 İran vətəndaşı ölüb. Bu barədə “İnterfaks” agentliyinə Gürcüstan DİN-in nümayəndəsi bildirib. Onun sözlərinə görə, xəsarət alan 21 nəfərdən 5-i Türkiyə, 1-i isə İsrail vətəndaşıdır. Qeyd edək ki, Batumidə hoteldə baş vermiş yanğın nəticəsində 11 nəfər ölüb, 21 nəfər xəsarət alıb.Apa
Tətbiqimizi yükləyə bilərsiniz