
Misir Sinay yarımadasında məsciddə terror aktına aidiyyəti olan 15 radikalı məhv edib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, terrorçular səhrada pilotsuz uçuş aparatları vasitəsi ilə öldürülüb. Xatırladaq ki, bu gün terrorçulardan bəziləri məsciddə bomba partladıblar, digərləri isə məsciddən çıxanları güllələyiblər. Son məlumata görə, terror aktı nəticəsində 235 nəfər ölüb, daha 130 nəfər yaralanıb.
Tətbiqimizi yükləyə bilərsiniz