
ABŞ Prezidenti Donald Tramp bu axşam türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə telefon danışığı aparacaq.
"Yeniavaz.com"un "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə D. Tramp özünün "Tvitter" səhifəsində paylaşıb. O bildirib: "Bu səhər (ABŞ vaxtı ilə) mənə miras buraxılan Yaxın Şərqdəki qarışıq vəziyyətə sülh gətirmək üçün Türkiyə Prezidenti ilə danışacam".
D. Tramp, həmçinin deyib ki, Yaxın Şərqdə itirilən həyatları və 6 trilyon dolları kompensasiya etmək mümkün deyil. Bununla belə, o bunun öhdəsindən gələcəyini qeyd edib. D. Tramp R.T.Ərdoğanla danışdıqdan sonra qolf oynayacağını vurğulayıb.
Tətbiqimizi yükləyə bilərsiniz