Tbilisi meri maaşından imtina etdi

Tbilisi meri Kaxa Kaladze maaşını götürməyəcək, məbləğ xeyriyyəçiliyə xərclənəcək.

“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Tbilisi meriyasının mətbuat xidmətindən deyiblər. Xidmətdən bildiriblər ki, K.Kaladze artıq uzun illərdir məvacib almır və bunda yeni bir şey yoxdur:

“Hamı bilir ki, o, energetika naziri olanda məvacibini götürməyib və məbləğ sosial yardıma ayrılıb. Bu təcrübə indi də davam edir”.

K. Kaladze Gürcüstanın ən zəngin adamlarından biridir. Bəyannaməyə əsasən, onun hesabında 9,6 milyon dollardan çox vəsait var. Tbilisi merinin məvacibi 1,1 min dollardır.

DİGƏR XƏBƏRLƏR

Top