
Ötən il Azərbaycanda ilk dəfə qoyulmuş diaqnozla bədxassəli yenitörəmələr aşkarlanmış qadınların sayı 5572 nəfər olub. "Yeniavaz.com" saytı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son illər ilk dəfə qoyulmuş diaqnozla bədxassəli yenitörəmələrlə xəstələnən qadınların sayında artım müşahidə olunur.
- 2010-cu ildə - 3870 xəstə.
- 2011-ci ildə - 4439 xəstə.
- 2012-ci ildə - 4384 xəstə.
- 2013-cü ildə - 4659 xəstə.
- 2014-cü ildə - 4930 xəstə.
- 2015-ci ildə - 5216 xəstə.
Rəsmi məlumatlara əsasən deyə bilərik ki, 2016-cı ildə qadınlar arasında ən çox aşkarlanmış xərçəng növü süd vəzisi xərçəngidir.
- Süd vəzisinin yenitörəmələri - 1761 nəfər.
- Uşaqlıq boynunun və cisminin yenitörəmələri - 682 nəfər.
- Yumurtalığın yenitörəmələri - 331 nəfər.
2016-cı ildə qadınlar arasında ilk dəfə qoyulmuş diaqnozla aktiv vərəm aşkar edilənlərin sayı 1211 nəfər olub.
Ötən il ilk dəfə qoyulmuş diaqnozla qadın sonsuzluğu aşkar edilənlərin sayı 2208 nəfər olub. Təəssüf ki, ilbəil bu diaqnoz qoyulan qadınların sayı artmaqdadır. Son illərin statistikasına diqqət yetirək:
- 2010-cu ildə - 1949 qadın.
- 2011-ci ildə - 1776 qadın.
- 2012-ci ildə - 1999 qadın.
- 2013-cü ildə - 2289 qadın.
- 2014-cü ildə - 2294 qadın.
- 2015-ci ildə - 2314 qadın.
Tətbiqimizi yükləyə bilərsiniz