Sakinlər tüstü bacalarının təmizlənməməsindən şikayətçidirlər - AÇIQLAMA

Havaların soyuması mənizllərdə elektirik, qaz sobalarına ehtiyacı artırır. Hər bir sakin soyuqdan qorunmaq üçün bu cihazlardan istifadə edir. Yaranan təhlükənin qarşısını aidiyyəti qurumlar öncədən görəndə insanlar belə təhlükələrdən qorunmuş olur. Bügünlərdə "Yeniavaz.com" saytına Mingəçevirin V. Hüseynov, M. Axundov, M. Maqamayev küçələrdə yaşayan sakinlər tüstü bacalarının illərlə təmizlənməməsi ilə bağlı müraciət ediblər: "Hündürmərtəbəli binalarda yaşadığımız üçün bu işin öhdəsindən gələ bilmirik. Binalarımızın tüstü bacalarının illərlə təmizlənməməsi bizi narahat edir. Eşitdiyimizə görə, pullu xidmət olduğuna görə tüstü bacalarımız ancaq müraciət ediləndə təmizlənir".

Bununla bağlı Mingəçevir Mənzil Təsərrüfatı Abadlaşdırma İdarəsinin müdiri Qürbət Məmmədova müraciət edtdik. Qürbət Məmmədov bildirdi ki, hər il payız-qış mövsümü ilə əlaqədar tədbirlər planı tərtib olunur və həmin tədbirlər planına əsasən planlı sürətdə tüstü bacalarının təmizlənməsi də nəzərdə tutulur: "Bu məqsədlə ilin əvvəlindən balansımızda olan 392 binadan bu günə qədər 191 binanın tüstü bacası təmizlənib. Payız-qış mövsümünün gəlişi ilə hələ ki 40 binada təmizləmə işləri aparılıb. Bu işlər yenə də davam etdirilir. Yanğından mühafizə cəmiyyəti ilə ilin əvvəlindən müqavilə bağlanılır və onlar müqavilə əsasında bu işləri görür və son nəticə barədə bizə məlumat verirlər. Bu zaman vətəndaşlar heç bir xərc çəkmir. Bizə müraciət edən hər hansı bir vətəndaşın müraciətinə dərhal cavab veririk. Çünki belə vəziyyətdə boğulma halları tez-tez baş verir".

"Tüstü bacaları ildə neçə dəfə təmizlənməlidir?" sualımıza Qürbət Məmmədovun cavabı belə oldu: "İldə iki dəfə tüstü bacaları təmizlənməlidir. Öhdəmizə düşən işi vaxtında görməyə çalışırıq".

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top