Bu ölkədə müsəlmanlara küçədə namaz qılmaq qadağan ediləcək

Polis Fransa şəhərlərinin küçələrində namaz qılanlara mane olacaq. “Yeniavaz.com”un “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, bunu Fransanın daxili işlər naziri Jerar Kollon deyib. Onun sözlərinə görə, küçələrdə namaz qılınmayacaq. Nazir qeyd edib ki, dindarların dini ayinləri icra etmək üçün məkanı olmalıdır. J. Kollon Paris ətrafındakı Kilişi-la-Qarenn kommunasında yaranmış mübahəsini məhz bu cür şərh edib. Xatırladaq ki, noyabrın 10-da təxminən 100 dövlət qulluqçusu “küçələrdə qanunsuz namaz qılmanı” dayandırmağa çağıran plakatlarla şəhərdə yürüş keçirib. Onlar meriyanın binası qarşısında Klişi-la-Qarennin mərkəzi piyada küçəsində doqquz aydır namaz qılan yerli müsəlmanlara bunu etməkdə mane olmağa cəhd ediblər. Müsəlmanlar etiraz əlaməti olaraq küçədə namaz qılırlar. Belə ki, mart ayında şəhərdə 3000-5000 nəfərin baş çəkdiyi ibadət zalı bağlanıb.

DİGƏR XƏBƏRLƏR

Top