Bu gecə paytaxtın bu hissəsində işıq olmayacaq

Paytaxtın Əhmədli qəsəbəsinin bir hissəsinə elektrik enerjisinin verilişində fasilələr olacaq. Bu barədə “Azərişıq” ASC-dən məlumat verilib. Məlumatda bildirilir ki, ”Azərenerji” ASC-yə məxsus 110/35/10 kV-luq Əhmədli yarımstansiyasında aparılan təmir işləri ilə əlaqədar olaraq 18 noyabr saat 01:30-dan 04:30-a qədər Xətai rayonu Əhmədli qəsəbəsinin bir hissəsinə (General Şıxlı, Nəsrəddin Tusi, Sarayevo, Neapol, Məhəmməd Hadi, Sadıqcan, Telnov küçələri) elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq. virtualaz.org

DİGƏR XƏBƏRLƏR

Top