İraqda İŞİD-in son istinadgahına hücum başladı

Birgə əməliyyatlar komandanlığı İraqın Ənbar vilayətinin qərbində Rava dairəsinin İŞİD terrorçularından azad edilməsi üzrə əməliyyatın başlandığını elan edib. "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Haşdi Şaabi qüvvələri və hərbi bölmələr noyabrın 3-də Rava dairəsinin yaxınlığında yerləşən Əl-Qaim inzibati dairəsini nəzarətə götürüb. İraqın Baş naziri Heydər əl-Abadi Əl-Qaim və Rava şəhərlərini terrorçuların ölkədə son istinadgahları adlandırıb. Onlar Suriya sərhədi yaxınlığında yerləşir.

DİGƏR XƏBƏRLƏR

Top