
İtaliyanın “Koza Nostra” mafiyasının qanlı lideri Toto Riina ömürlük həbs cəzası çəkdiyi Parma şəhərindəki həbsxanada 87 yaşında ölüb. Xarici KİV xəbər verir ki, son günlər mafiya lideri komada olub. Amansızlığına görə, “Yırtıcı” ləqəbi alan Riina ilə sağollaşmaq üçün İtaliya daxili işlər nazirinin göstərişi ilə onun həyat yoldaşı, 2 qızı və kiçik oğlu Salvatoreyə icazə verilib. Totot Riinanın göstərişi ilə İtaliyada 100-dən artıq insan öldürülüb.Modern.az
Tətbiqimizi yükləyə bilərsiniz