
Suriyada İran ordusunun iki hərbçisi həlak olub. “Yeniavaz.com”un “Karar” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə İranın IRNA rəsmi agentliyi xəbər verib. Bildirilir ki, Suriyada toqquşmalarda iranlı əsgərlər Mahmud Takipur və Seyid Əhməd Hüseyni öldürülüb. Onlar Məşhəd şəhərində xüsusi mərasimlə dəfn edilib. Qeyri-rəsmi məlumata görə, Suriyada toqquşmalarda həlak olan iranlı hərbçilərin sayı 2400-dür.
Tətbiqimizi yükləyə bilərsiniz