Şimali İraqda 2 türk əsgəri şəhid olub, 1 əsgər yaralanıb

Şimali İraqda iki türk hərbçisi şəhid olub. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bir qrup PKK-lı terrorçunun ərazidə axtarış aparan Türkiyə təhlükəsizlik qüvvələrinin əməkdaşlarına minaatanlarla hücum etməsi nəticəsində 2 hərbçi şəhid olub, daha bir hərbçi isə yaralanıb. Türkiyə təhlükəsizlik qüvvələri bölgədə havadan dəstək verilməklə irimiqyaslı əməliyyata başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top