Bu ölkə Şimali Koreya ilə ticarət münasibətlərini dayandırdı


Sinqapur Şimali Koreya ilə ticarət münasibətlərini dayandırıb. "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Sinqapur sənaye miqyasında Şimali Koreya ilə mallar ilə ticarəti qadağan edir. Sinqapur BMT-nin sanksiyaları şəraitində Pxenyanla ticari əməkdaşlığı dayandırmış Şimali Koreyanın ən iri ticarət tərəfdaşlarından biridir. Qeyd edək ki, Şimali Koreya dünya ictimaiyyətinin təzyiqinə baxmayaraq, özünün raket və nüvə proqramını inkişaf etdirir.

DİGƏR XƏBƏRLƏR

Top