Son 10 ayda restoran və kafelərdə 1 milyard manat pul xərcləmişik

Bu ilin yanvar-oktyabr ayları ərzində ictimai iaşə dövriyyəsi 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 3,1 faiz artaraq 1 milyard 73,2 milyon manat olub. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumata istinadən bildirir ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 42 faizi hüquqi şəxs statuslu müəssisələrin, 58 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2016-cı ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz artaraq 449,8 milyon manat olub.

DİGƏR XƏBƏRLƏR

Top