
Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-oktyabr aylarında diri çəkidə ət istehsalı 3,4 faiz artaraq 405,2 min ton olub. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumata istinadən bildirir ki, süd istehsalı 0,6 faiz artaraq 1 milyon 682,8 min ton, yumurta istehsalı 7,5 faiz artaraq 1 milyard 446,6 milyon ədəd, yun istehsalı isə 4 faiz azalaraq 15,8 min ton olub. Bundan başqa, ölkədə 245,2 ton barama istehsal olunub.
Tətbiqimizi yükləyə bilərsiniz