
Ermənistan hökuməti bu gün keçirdiyi iclasda Rusiyadan 100 milyon dollar məbləğində müdafiə kreditinin alınması barədə layihəni qəbul edib.
“Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, saziş layihəsi ratifikasiya edilməsi üçün Ermənistan milli yığıncağına (parlament) göndərilib. İxrac kreditinin ayrılması haqqında saziş 24 oktyabr 2017-ci il tarixində imzalanıb. O, Rusiya istehsalı hərbi təyinatlı məhsulların tədarükünə istiqamətlənəcək. Kredit Ermənistanda illik 3 faizlə və 15 il ərzində ödəmə müddəti ilə verilir. Yerevan kredit vəsaitlərindən 2018-2022-ci illərdə istifadə etməlidir.
Tətbiqimizi yükləyə bilərsiniz