
Bu ilin əvvəlindən ölkə əhalisinin sayı 65 min 292 nəfər və ya 0,7 faiz artaraq 2017-ci il oktyabr ayının 1-i vəziyyətinə 9 milyon 875 min 273 nəfərə çatıb. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumata istinadən bildirir ki, bir kvadrat kilometrə düşən əhalinin sıxlığı 114 nəfər olub, əhalinin ümumi sayının 53 faizini şəhər, 47 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür.
Tətbiqimizi yükləyə bilərsiniz