
Qarabağ qaziləri Mingəçevirdə Tibb Kollecinin tələbələri ilə görüşüblər. Görüşün məqsədi Qarabağ döyüşlərinin qəhrəmanlıq nümunələrini təbliğ etməklə yeniyetmə və gənclərə vətənpərvərlik hissinin aşılanmasıdır. "Yeniavaz.com" xəbər verir ki, tədbiri giriş sözü ilə açan Qarabağ Qazilər İctimai Birliyinin birinci müavini Əbülfət Babayev bildirib ki, məqsədimiz Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıq və şücaət göstərən əsgər və zabitlərimizin, şəhid olan döyüşçülərimizin cəmiyyətdə geniş təbliği və tanıdılması, onların keçdiyi qəhrəmanlıq yolu barədə gənclər və yeniyetmələr arasında geniş məlumatlandırma işi aparılması yolu onlarda vətənpərvərlik hisslərinin daha da yüksəldilməsinə, erməni silahliları tərəfindən işğal olan torpaqlarımızın azad edilməsinə onları mənəvi və psixoloji cəhətdən hər an hazır olmalarına çalışmaqdır. O, vətən uğrunda canından keçənlərin xatirələrinin daim əziz tutulmasının, Qarabağ müharibəsi alovundan sağ çıxan döyüşçülərimizə daim xüsusi diqqət və ehtiram göstərilməsinin vacibliyini də vurğuladı və bu günkü görüşdə Qarabağ uğrunda döyüşlərdə mərdliklə vuruşmuş, ağır yaralanaraq sağlamlıqlarını itirmiş bir qrup qazinin gənclərə öz döyüş yolu və xatirələrini danışmaq, müasir gəncliyin qarşısında duran vəzifələr və gənclərə tövsiyyələrini çatdırmağa imkan yarandığını dedi və ilk çıxış üçün sözü digər döyüş yoldaşlarına verdi. Çıxış edən digər qazilər də Azərbaycan ordusunun yeni bir qəhrəmanlıq səhifəsi olduğunu və Azərbaycan ordusunun real gücünü ifadə etdilər.
Görüş zamanı tələbələr də onları maraqlandıran sualları qazilərə ünvanladılar.
Esmira Hidayətova, Mingəçevir

Tətbiqimizi yükləyə bilərsiniz