Avropa Parlamenti Polşaya qarşı sanksiyalar qətnaməsini qəbul etdi

Avropa Parlamenti Polşaya qarşı Avropa İttifaqının (Aİ) sanksiyalar tətbiq etməsi mexanizminin işə salınmasını nəzərdə tutan qətnamə qəbul edib.

“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, söhbət Aİ haqqında müqavilənin 7-ci maddəsinin tətbiqindən gedir. Həmin maddə Polşanı Aİ Şurasında səs hüququndan məhrum edə bilər. 438 deputat qətnamənin lehinə, 152 deputat isə əleyhinə səs verib. Parlamentarilər Varşavanın demokrtatiya və hüquqi dövlət normalarından uzaqlaşmasından narazıdırlar.

Xatrırladaq ki, Polşa Prezidenti parlamentin qəbul etdiyi Milli Məhkəmə Şurası və Ali Məhkəmə haqqında qanunlara veto qoyub. O, sentyabrın 25-də həmin qanun layihələrinə alternativ versiyalar təqdim edib. Avropa Komissiyası onları tənqid edərək bəyan edib ki, bu, məhkəmə hakimiyyətinin icraedici hakimiyyətə tabe olmasına və Ali Məhkəmənin hakimlərinin səlahiyyətlərinin erkən dayandırılmasına gətirib çıxaracaq.

DİGƏR XƏBƏRLƏR

Top