Azərbaycanda 30-34 yaş arası evlənənlərin sayı artır - Rəsmi

Azərbaycanda rəsmi nikaha girənlər arasında 60 və yuxarı yaşda olanlar da var. "Yeniavaz.com" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2016-cı ildə nikaha girən bəylər arasında 60 və yuxarı yaşda olanların sayı 639 nəfər olub.

Ötən il nisbətən yuxarı yaşda nikaha girən bəylərin statistikasına diqqət yetirək:

- 30-34 yaş arası nikaha girənlər - 10 min 896 nəfər.

- 35-39 yaş arası nikaha girənlər - 3716 nəfər.

- 40-44 yaş arası nikaha girənlər - 1923 nəfər.

- 45-49 yaş arası nikaha girənlər - 1093 nəfər.

- 50-54 yaş arası nikaha girənlər - 703 nəfər.

- 55-59 yaş arası nikaha girənlər - 464 nəfər.

- 60 və yuxarı yaşda nikaha girənlər - 639 nəfər.

Ötən il nisbətən yuxarı yaşda nikaha girən gəlinlərin sayına diqqət yetirək:

- 30-34 yaş arası nikaha girənlər - 4567 nəfər.

- 35-39 yaş arası nikaha girənlər - 2113 nəfər.

- 40-44 yaş arası nikaha girənlər - 1142 nəfər.

- 45-49 yaş arası nikaha girənlər - 666 nəfər.

- 50-54 yaş arası nikaha girənlər - 437 nəfər.

- 55-59 yaş arası nikaha girənlər - 261 nəfər.

- 60 və yuxarı yaşda nikaha girənlər - 141 nəfər.

2016-cı ildə 18 yaşadək nikaha girən bəylərin sayı 3 nəfər olub.

Ötən il Azərbaycanda ən çox nikaha girən bəylər 25-29 yaş arası olub - 29 min 260 nəfər. Xanımlar arasında nikaha girənlər ən çox 20-24 yaşlılar olub - 29 min 435 nəfər.

DİGƏR XƏBƏRLƏR

Top