Van Dammın ofşor şirkətləri tapıldı

Belçikanın bir neçə nəşri məşhur aktyor Jan-Klod Van Damma məxsus olduğu iddia edilən ofşor şirkətlər barədə məqalə dərc edib.

“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Belçika nəşrləri məqalədə “Paradise Papers” adlı yeni ofşor dosyesinə istinad ediblər. Bildirilir ki, akyora aid şirkətlərin poçt ünvanları - “Selima Corporation”, “Selima Films” və “Knock Films”in Aruba ofşorunda, “King Scale Development Limited” və “Four-One Enterprises” Britaniya Virciniya adalarında, “Sphere Private Foundation” Kyuraso ofşorunda qeydiyyata alınıb. Van Dammın Brüsseldəki vəkili qeyd edib ki, KİV-in dərc etdiyi məlumatın çox hissəsi köhnədir: “Mənim müştərim bütün qanunlara, qaydalara və normativlərə ciddi əməl edir”.

DİGƏR XƏBƏRLƏR

Top