“Qaçqınkom”da QƏBUL GÜNÜ: Məcburi köçkünlər nədən şikayətçidirlər? - VİDEO

Məcburi köçkünlər təxminən bir ildir ki, işsizlik müavinətlərini ala bilmirlər.

"Yeniavaz.com" bildirir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində keçirilən qəbul günündə məcburi köçkünlərin ən çox dilə gətirdikləri problemlərdən biri işsizlik müavinətinin kəsilməsi oldu. Hər ailəyə bir nəfər adam üçün ödənilən 20 manat çörək pulunun 4 manata endirilməsi, ev verilən məcburi köçkünlərin evlərini ala bilməməsi və s. problemlər də qəbul gününün ən çox müzakirə olunan məsələlərindən idi. “Qaçqınkom”dan isə sözügedən problemlər ilə bağlı məcburi köçkünlərə bildirdilər ki, onların işsizlik müavinəti kəsilib. Rəsmi qərar olmasa da, bundan sonra məcburi köçkünlərə işsizlik müavinəti verilməyəcək. Adıçəkilən dövlət qurumunun sözçüsü Elçin Qədimovun sözlərinə görə, məcburi köçkünlərin evlə təmin olunmasında heç bir problem yoxdu.

Elvin Əliyev

“Qaçqınkom”da QƏBUL GÜNÜ: Məcburi köçkünlər nədən şikayətçidirlər?

DİGƏR XƏBƏRLƏR

Top