Ağdaşda Milli Dirçəliş Günü qeyd edilib - FOTOLAR

Ağdaş Heydər Əliyev Mərkəzində 17 noyabr - Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə partiya fəalları, ziyalılar və gənclər iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin məsul işçisi Qalib Həsənov qeyd edib ki, tarixi reallıqlar bu gün xalqımızın şərəfli salnaməsinə çevrilib: "Əgər 17 noyabr hadisələri olmasaydı, 1991-ci ilin 18 oktyabrında - Azərbaycan müstəqil olmazdı. 1995-ci ildə yeni Konstitusiyamız olmazdı. Hamıya bəllidir ki, tariximizə bu şanlı səhifələri böyük düha sahibi, ümummilli liderimiz Heydər Əliyev yazıb. Xalq hərəkatının başlanğıcı olan 17 noyabr günü müasir Azərbaycan tarixinə Milli Dirçəliş Günü kimi həkk olunub.

1993-cü ilin həyəcanlı və ağır günlərində görkəmli dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə milli-azadlıq hərəkatı özünün həlledici mərhələsinə daxil olub. Xalqımız istiqlal mücadiləsinin bu gün bəhrəsini görür və sonsuz qürur hissi keçiririk.

Böyük Heydər Əliyevin özü qədər inandığı Azərbaycan Respublikasınn Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan gündən-günə qüdrətlənir, güclənir və dünya miqyasında nüfuzunu daha da yüksəldir".

Çıxış edənlər ölkəmizin parlaq gələcəyi, firavan həyatı naminə ölkə başçısı cənab İlham Əliyevin ətrafında daim sıx birlik nümayiş etdirəcəklərini bəyan etdilər.

Pərviz Əliyev, Ağdaş

DİGƏR XƏBƏRLƏR

Top