Zimbabvedə hərbçilər Prezidenti tutublar

Zimbabvedə hərbçilər yolları kəsiblər, dövlət binalarının böyük bir qismini isə ələ keçiriblər.

“Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Zimbabve Prezidenti Robert Muqabe hərbçilər tərəfindən saxlanılıb. Ailəsi ilə birlikdə saxlanılan Prezident ev həbsinə qoyulub. Halbuki, hərbçilər məqsədlərinin R. Muqabeni hakimiyyətdən devirmək olmadığını bəyan ediblər. Onlar Prezidentin ətrafındakı cinayət şəbəkəsini çökdürmək niyyətində olduqlarını bildiriblər. Ancaq R.Muqabenin saxlanılması ordunun sözləri ilə uyğun gəlmir.

DİGƏR XƏBƏRLƏR

Top