Deputat: Ölkədə həddən artıq Qarabağ müharibəsi əlili var

Milli Məclisdə ölkədə qeyri-qanuni əlillik status daşıyanlar və bəzi əlillərin sosial müavinət baxımından incidilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət olunub.

Milli Məclisin Sosial siyasət komitəsinin bugünkü iclasında çıxış edən millət vəkili Yaqub Mahmudov bildirib ki, ölkədə həddən artıq Qarabağ müharibəsi əlili və digər qruplardan olan əlil statusu daşıyan şəxslər var.

Deputat iddia edib ki, bir çox şəxsə bu status qeyri-qanuni verilib və bunun qarşısı alınmalıdır: "Belə çıxır ki, ölkənin yarısı ya əlildir və ya da Qarabağ müharibəsində yaralanıb. Nazir Səlim Müslümova müraciət edirəm ki, bunun qarşısı alınsın. Bu, həm büdcə məsrəfidir, həm də həqiqi əlillərimizlə müqayisədə düzgün münasibət deyil".

Bundan başqa, Y. Mahmudov bildirib ki, bəzi həqiqi əlillərin sosial dəstək baxımından incidilməsi faktları var və bu cür halların qarşısı alınmalıdır.
Deputatlara cavab olaraq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov etiraf edib ki, əksər qurumlarda bu cür şərait yoxdur: "Özümü tərifləmirəm, mən özüm nazir gələnə qədər heç Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özündə də əlillərin girişi və çıxışı üçün şərait yox idi. Dərhal göstəriş verdim və bu artıq həll olundu. Bütün orqanlara, təşkilatlara məktub göndərmişik ki, binaların giriş-çıxışında əlillər üçün xüsusi şərait yaradılsın. Bununla bağlı qanunvericiliyə dəyişiklik də hazırlanıb və hazırda baxılması üçün Prezident Administrasiyasına təqdim olunub". Apa

DİGƏR XƏBƏRLƏR

Top