Xaricdən gətirilən narkotik maddələrin miqdarı kəskin artıb

Bu ilin yanvar-oktyabr ayları ərzində Dövlət Gömrük Komitəsi tərəfindən 2 milyon 696 min 107,3 qram miqdarında narkotik maddələr, 1063 qram miqdarında psixotrop maddələr müsadirə olunub. Yeniavaz.com Komitədən açıqlanan məlumatlara istinadən bildirir ki, ötən ilin analoji dövrü ilə müqayisədə müsadirə olunan narkotik və psixotrop maddələrin miqdarında kəskin artım qeydə alınıb. Belə ki, ötən ilin ilk 10 ayı ilə müqayisdə bu ilin ilk 10 ayında Gömrük Komitəsi tərəfindən müsadirə olunan narkotik maddələrin miqdarı 31 dəfə, psixotrop maddələrin miqdarı isə 7,2 dəfə artıb. Məlumat üçün bildirək ki, 2016-cı ilin yanvar-oktyabr ayları ərzində Dövlət Gömrük Komitəsi tərəfindən 87 min 646 qram miqdarında narkotik maddələr, 148,7 qram miqdarında psixotrop maddələr müsadirə edilib.

DİGƏR XƏBƏRLƏR

Top