Bu il ən çox məhsul Rusiyadan almışıq

Bu ilin yanvar-oktyabr ayları ərzində ölkəmizə ən çox məhsul Rusiyadan gətirilib. Yeniavaz.com Dövlət Gömrük Komitəsindən açıqlanan statistik məlumata istinadən bildirir ki, şimal qonşumuzdan alınan məhsulların dəyəri 1 milyard 204,4 milyon dollar (ümumi idxalın 17,3%-i) olub. Rusiyada sonra ən çox Türkiyədən və Çindən məhsul gətirilib. 2017-cı ilin ilk 10 ayı ərzində bu ölkələrdən müvafiq olaraq 1 milyard 13 milyon (ümumi idxalın 14,5%-i) və 675,1 milyon dollarlıq (9,7%) məhsul idxal edilib. Ən çox məhsul aldığımız ölkələrin sıralamasında isə növbəti yerləri ABŞ (645,2 milyon dollar), Ukrayna (359,1 milyon dollar), Almaniya (330,8 milyon dollar), İtaliya (257,1 milyon dollar), Böyük Britaniya (192,4 milyon dollar), İran (186,6 milyon dollar) və digər dövlətlər tutur.

Ötən illərdə olduğu kimi 2017-ci ilin yanvar-oktyabr ayları ərzində ölkəmizdən ən çox İtaliyaya məhsul ixrac olunub. Son 10 ay ərzində bu ölkəyə 2 milyard 71 milyon dollar dəyərində məhsul (əsasən neft və neft məhsulları) ixrac edilib. Xaricə satılan məhsulların 22,9%-i İtaliyanın payına düşüb. Bundan başqa Türkiyəyə 1 milyard 151,7 milyon dollar dəyərində məhsul satılıb (ümumi ixracın 12,7%-i). Həmçinin 452 milyon dollar dəyərində məhsul Rusiyaya satılıb. İsrailə 445,6 milyon dollar, Çexiyaya 439,8 milyon dollar, Çinə 438,1 milyon dollar, Gürcüstana 383,5 milyon dollar, Kanadaya 358,7 milyon dollar, Portuqaliyaya isə 345,3 milyon dollar dəyərində məhsul satılıb. Ən çox məhsul satılan ölkələrin sıralamasında növbəti yerlərdə Almaniya (337,6 milyon dollar), Hindistan (272,6 milyon dollar) və digər dövlətlər gəlir.

DİGƏR XƏBƏRLƏR

Top