İnterpol adam öldürməyə cəhd edən azərbaycanlını axtarır FOTO

İnterpol adam öldürməyə cəhd edən azərbaycanlı barədə axtarış elan edib.

1965-ci il təvəllüdlü Kamal Fətullazadə qəsdən adam öldürməyə cəhddə təqsirləndirilib.

Lənkəran şəhərində anadan olmuş K.Fətullazadə barəsində hüquq-mühafizə orqanları tərəfindən Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Təqsirləndirilən şəxs istintaqdan yayınıb.

Azərbaycanın məhkəmə orqanı K.Fətullazadə barəsində həbs qətimkan tədbiri seçib və onun tutularaq istintaqa cəlb edilməsi haqqında qərar çıxararaq, İnterpola təqdim edib.

İnterpol həmin qərar əsasında K.Fətullazadəni beynəlxalq axtarışa verib.Trend

DİGƏR XƏBƏRLƏR

Top