Qalmaqallı şəkildə istefa vermiş Baş nazir ölkəsinə qayıdacaq

Livanın istefa vermiş Baş naziri Saad Hariri yaxın iki gün ərzində Beyruta qayıdacaq.

“Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, o bu barədə özünün “Tvitter” səhifəsində yazıb. O bildirib: “Mən qaydasındayam, iki gündən sonra qayıdacağıma (Livana) ümid edirəm. Ailəm öz ölkəsində, Səudiyyə Ərəbistanında qalacaq”. S. Hariri livanlıları sakitliyi qorumağa çağırıb.

Xatırladaq ki, S. Hariri noyabrın 3-də Səudiyyə Ərəbistanına işgüzar səfər edib, növbəti gün isə gözlənilmədən televiziya vasitəsilə istefa verib və bildirib ki, həyatı üçün təhlükə mövcuddur. O, istefasına əsas səbəb kimi İran və “Hizbullah” hərəkatının Livanın daxili işlərinə müdaxiləsini göstərib.

DİGƏR XƏBƏRLƏR

Top