Lavrov Bakıya səfərinin səbəblərini açıqlayıb

Gələn həftənin əvvəlində Ermənistan və Azərbaycana səfər etmək niyyətindəyəm.

“Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O bildirib: “Gələn həftənin başlanğıcında mənim Yerevan və Bakıya səfərlərim planlaşdırılıb. Hər şeydən əvvəl, bu səfərlər Rusiya ilə Ermənistan və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunub”. S. Lavrov qeyd edib ki, gündəlik ikitərəfli əlaqələrdən ibarət olacaq, hər bir ölkə ilə onlar geniş və zəngindir: “Regional və beynəlxalq problematikadan danışacağıq, o cümlədən bu yaxınlarda Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən (oktyabrın 16-da Cenevredə) sonra Qarabağ nizamlanması üzrə səylər çərçivəsində harada olduğumuzu başa düşməyə çalışacağıq”.

DİGƏR XƏBƏRLƏR

Top