Azərbaycanda orta aylıq əmək haqqı 90 qəpik artıb RƏSMİ MƏLUMAT

Bu il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 526,4 min nəfər olub, onlardan 877,6 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 648,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, muzdla işləyənlərin 21,6 faizi təhsil, 19 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,9 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2 faizi tikinti, 7,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 10,7 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

2017-ci ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,2 faiz artaraq 525,6 manat olub. Onu da bildirək ki, orta aylıq əmək haqqı yanvar-avqust aylarında bundan cəmi 90 qəpik az olub - 524,7 manat. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

DİGƏR XƏBƏRLƏR

Top