Azərbaycan XİN Sergey Lavrovun Bakıya gələcəyini təsdiqləyib

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya gələcəyini təsdiqləyib. XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, S.Lavrov noyabrın 20-də Azərbaycanda səfərdə olacaq. H.Hacıyev deyib ki, Azərbaycaın xarici işlər naziri Elmar Məmmədyarov isə noyabrın 16-da Moskvaya işgüzar səfər edəcək. Səfər əsnasında Moskva şəhərində xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub.Report

DİGƏR XƏBƏRLƏR

Top