İxracın 72 faizini xam neft təşkil edib

Əvvəlki aylarda olduğu kimi 2017-ci ilin yanvar-oktyabr aylarında da xarici ölkələrə ən çox xam neft ixrac olunub. Yeniavaz.com Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, hesabat dövrü ərzində xarici ölkələrə 6 milyard 539,3 milyon dollar dəyərində 16,98 milyon ton xam neft göndərilib ki, bu da ümumi ixracın 72,2%-ni təşkil edib. Qeyd edək ki, 2016-cı ilin yanvar-oktyabr ayları ilə müqayisədə xam neftin ixracı dəyər ifadəsində 26,9% artıb, miqdar ifadəsində isə 0,3% azalıb.

Xam neftdən sonra xarici ölkələrə ən təbii qaz satılıb. İxrac olunan təbii qazın dəyəri isə 1 milyard dollar təşkil edib. Təbii qazla bərabər xarici ölkələrə neft məhsulları da ixrac edilib ki, onu da dəyəri 268,2 milyon dollara bərabər olub.

İxrac olunan məhsulların sıralamasında xam neft, neft məhsulları və qazdan sonra meyvə-tərəvəz, alüminium və ondan hazırlanan məmulatlar, plastmassa və onlardan hazırlanan məmulatlar, qara metallar və onlardan məmulatlar, şəkər, kimya sinayesi məhsulları, elektrik enerjisi, həmçinin pambıq iplik gəlir. 2017-ci ilin ilk 10 ayı ərzində xarici ölkələrə 375,3 milyon dollar dəyərində meyvə-tərəvəz, 98,1 milyon dollar dəyərində alüminium və ondan hazırlanan məmulatlar, 80,7 milyon dollar dəyərində plastmassa və onlardan hazırlanan məmulatlar, 67,1 milyon dollar dəyərində qara metallar və onlardan məmulatlar, 36,4 milyon dollarlıq şəkər, 65,5 milyon dollarlıq kimya sinayesi məhsulları, 37,2 milyon dollarlıq elektrik enerjisi, 13,5 milyon dollarlıq pambıq iplik satılıb.

Onu da qeyd edək ki, bu il pampıq ipliklə bərabər pambıq lifi də əsas ixrac məhsulları arasına daxil olub. Bu ilin ilk 10 ayı ərzində xarici ölkələrə 28,1 milyon dollar dəyərində pambıq lifi ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 dəfə çox olub.

2016-cı ilin analoji dövrü ilə müqayisədə ixrac məhsulları arasında ən çox artım da pambıq lifinin ixracında qeydə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top