
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana xaricdən 8 min 102 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub. Yeniavaz.com Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 min 751 ədəd və yaxud 86,3% çoxdur. Hesabat dövründə sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 73 ədəd və yaxud 2 dəfə artaraq 148-ə, əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin idxalı 3 min 323 ədəd və yaxud 88% artaraq 7 min 98-ə, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin idxalı 376 ədəd yaxud 89% artaraq 795-ə, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 19 ədəd yaxud 23,7% azalaraq 61-ə bərabər olub.
Tətbiqimizi yükləyə bilərsiniz