Milli Məclisin bugünkü iclasının vaxtı dəyişdirildi


Milli Məclisin noyabrın 14-nə təyin edilən plenar iclası noyabrın 17-nə keçirilib. İclasın gündəliyində dəyişiklik olmayıb. İclasda İnzibati Xətalar Məcəlləsinə, Vergi Məcəlləsinə, Mülki Məcəlləyə, "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında", "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında", “Notariat haqqında” və digər qanunlara əlavə və dəyişikliklər olmaqla, 30 məsələnin müzakirəsi nəzərdə tutulur.Trend

DİGƏR XƏBƏRLƏR

Top