
“Microsoft” korporasiyasının təsisçilərindən biri Bill Qeyts Altsheymer xəstəliyi və beynin fəaliyyətinin pozulmasının digər formaları ilə mübarizəyə ümumilikdə 100 milyon dollar ianə verəcək. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, B. Qeyts Londonda yerləşən “Dementia Discovery Fund”a 50 milyon dollar ayıracaq. Bu çərçivədə Britaniya hökuməti ilə Altsheymer xəstəliyinin yeni müalicə metodlarının axtarışı ilə məşğul olan 7 beynəlxalq əczaçılıq şirkəti əməkdaşlıq edir. Həmçinin, bu qədər məbləğ həmin xəstəliyi araşdıran stratapların dəstəyinə yönəldiləcək. Qeyd edək ki, Altsheymer beynin hüceyrələrinin ölməsi nəticəsində ağır psixi və funksional pozuntulara gətirib çıxarır. Xəstəlik daha çox 65 yaşından yuxarı insanlarda təsadüf olunur. Bu xəstəliyə düçar olan şəxsin ömrü adətən 7-10 il davam edir.
Tətbiqimizi yükləyə bilərsiniz