Putin: Rusiya-Türkiyə münasibətləri tam həcmdə bərpa olunub

Rusiya və Türkiyə arasında münasibətlərin praktiki olaraq tam həcmdə bərpa olunduğunu hesab etmək mümkündür. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin Soçidə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə görüşdə deyib. Onun sözlərinə görə, 2016-cı ildə əmtəə dövriyyəsində müşahidə edilən enişdən sonra cari ilin ilk 8-9 ayında üçdə bir dəfədən çox artım qeydə alınıb. V. Putin əlavə edib ki, Türkiyə ilə praktiki olaraq bütün istiqamətlərdə, o cümlədən Suriya böhranının nizamlanması məsələlərində iş aparılır. O, səfər etdiyinə görə R. T. Ərdoğana təşəkkür edib: “Həqiqətən də biz sizinlə olduqca yaxınlıqda yerləşirik, sizin dediyiniz kimi bir saatdan bir az çox uçuş məsafəsində”. V. Putin xüsusi olaraq Türkiyə Prezidenti ilə danışıqlar üçün bir günlüyə Soçiyə gəlib.

DİGƏR XƏBƏRLƏR

Top