Azərbaycana ən çox turist hansı ölkələrdən gəlib? SİYAHI

Cari ilin 10 ayı ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 2 milyon 276 min 604 nəfər olub. Yeniavaz.com Mədəniyyət və Turizn Nazirliyindən açıqlanan məlumatlara istinadən bildirir ki. onlardan 727 min 577 Rusiya Federasiyası, 439 min 305 Gürcüstan, 320 min 904 İran, 249 min 210 Türkiyə, 81 min 742 Birləşmiş Ərəb Əmirlikləri , 54 min 242 İraq, 49 min 809 Ukrayna, 31 min 821 Səudiyyə Ərəbistanı, 321 min 994 nəfəri isə digər ölkələrin vətəndaşları olub.

Xarici vətəndaşlar daha çox iyul ayında gəlibdir ki, bu da 313 min 515 nəfər olub.

Dövr ərzində ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya, Gürcüstan, İran və Türkiyə vətəndaşlarının xüsusi çəkisi daha çox olub və müvafiq olaraq 31,9 faiz, 19,2 faiz, 14 faiz və 10,9 faiz təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il əsas artım tempi göstərən ölkələr İran, BƏƏ, Rusiya olub. Belə ki, bu il İrandan 115 min 782, BƏƏ-dən 42 min 811, Rusiyadan 96 min 40 nəfər daha çox şəxs gəlib.

2016-cı ilin 10 ayında Azərbaycana gələn xarici vətəndaşların sayı 1 milyon 894 min 707 nəfər təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ildə Azərbaycana 381 min 807 (20,1%) nəfər çox xarici vətəndaş gəlib.

DİGƏR XƏBƏRLƏR

Top