Hər il Azərbaycanda 1 yaşadək 1500-dən çox uşaq ölür

Hər il Azərbaycanda 1 yaşadək çoxlu sayda körpə müxtəlif səbəblərdən dünyasını dəyişir. "Yeniavaz.com" saytı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2015-ci ildə Azərbaycanda 1 yaşadək ölən uşaqların sayı 2033 nəfər olub. Ötən il isə 1666 nəfər 1 yaşadək uşaq dünyasını dəyişib. 2000-ci ildən bəri Azərbaycanda bu yaşda ölən uşaqların sayı məhz ən çox 2015-ci ildə olub. Ondan əvvəlki illərdə bu göstərici 2000-dən çox olmayıb. Rəsmi məlumatlara əsasən deyə bilərik ki, ölkəmizdə 1 yaşadək körpələrin ölüm səbəbləri müxtəlifdir. Təkcə 2016-cı ildə ölən körpələrin ölüm statistikasına diqqət yetirdikdə vəziyyət barədə belə təsəvvür formalaşır:

- Bəzi infeksion və parazitar xəstəliklərdən ölənlər - 37 körpə.

- Sinir sisteminin xəstəliklərindən ölənlər - 92 körpə.

- Tənəffüs sistemi xəstəliklərindən ölənlər - 173 körpə.

- Həzm sistemi xəstəliklərindən ölənlər - 14 körpə.

- Perinatal dövrdə meydana çıxan bəzi hallardan ölənlər - 1090 körpə.

- Anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozğunluqlarından ölənlər - 151 körpə.

- Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən ölənlər - 7 körpə.

- Digər səbəblərdən ölənlər - 102 körpə.

DİGƏR XƏBƏRLƏR

Top